20 Aprel 2025
Prezidentə hərbi təyyarə təqdim edildi - FOTOLENT

Prezidentə hərbi təyyarə təqdim edildi - FOTOLENT

Prezidentə hərbi təyyarə təqdim edildi - FOTOLENT

26 İyun 2024 11:54 | Baxış sayı: 437

İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano Pontekorvo iştirak ediblər.