Prezidentdən Xanlar Vəliyevlə bağlı SƏRƏNCAM
17 Mart 2025 13:00 | Baxış sayı: 466
Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Rüstəm oğlu Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AJMEDİA.İNFO xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, X.Vəliyev prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.