Prezidentdən Rasim Balayevlə bağlı SƏRƏNCAM
07 Avqust 2023 10:40 | Baxış sayı: 559
Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif edilib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.
Qeyd edək ki, Rasim Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Sabah aktyorun 75 yaşı tamam olur.