20 Aprel 2025
Prezident tapşırıq verdi - Növbəti təyyarə Türkiyəyə yola düşdü + VİDEO

Prezident tapşırıq verdi - Növbəti təyyarə Türkiyəyə yola düşdü + VİDEO

Prezident tapşırıq verdi - Növbəti təyyarə Türkiyəyə yola düşdü + VİDEO

07 Fevral 2023 12:52 | Baxış sayı: 576

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

Bu barədə AJMEDİA.İNFO-ya FHN-dən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.