SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlPrezident əmək pensiyaları ilə bağlı qanunu TƏSDİQLƏDİ
01 İyul 2024 12:57 | Baxış sayı: 429
Əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılıb.
AJMEDİA.İNFO-nun xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qanuna əsasən, əhaliyə ödənişlər üzrə xərclər 6 681 580 000,0 manatdan 6 706 580 000,0 manata qaldırılıb. Bu çərçivədə əmək pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525 000 000,0 manata çatıb.