Bu şəxslər 1500 manatədək cərimə ediləcək - DİQQƏT!
12 saat əvvəlPrezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
17 İyul 2024 09:30 | Baxış sayı: 371
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Həmçinin elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatlarını və sistemlərini Dövlət Xidməti təhlükəsizlik meyarları üzrə monitorinq etməli, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə audit aparmalıdır.