20 Aprel 2025
Prezident bələdiyyələrin bu səlahiyyətini LƏĞV ETDİ

Prezident bələdiyyələrin bu səlahiyyətini LƏĞV ETDİ

Prezident bələdiyyələrin bu səlahiyyətini LƏĞV ETDİ

15 Aprel 2025 16:41 | Baxış sayı: 349

Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.


AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna dəyişikliyi təsdiqləyib.


Dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna uyğun olaraq müəyyən ediləcək.


Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.