Turizm Agentliyi xarici jurnalistləri Azərbaycana gətirəcək – 1,8 milyon pul ayrılıb
5 saat əvvəlPortuqaliyaya qol vurub Ronaldo kimi qeyd etdi - FOTOLAR
21 Mart 2025 15:26 | Baxış sayı: 662
Ötən gecə Millətlər Liqasının pley-off mərhələsində Portuqaliya millisinə qol vuran Danimarkanın futbolçusu Rasmus Hoylund qolunu rəqib komandanın ulduzu Kriştianu Ronaldo tərzində qeyd edib.
AJMEDİA.İNFO xəbər verir ki, onun bu hərəkətini Ronaldo da izləyib.
Matçdan sonra açıqlama verən R.Hoylund qol sevincini portuqaliyalı ulduza acıq vermək üçün etmədiyini bildirib: “Ronaldo mənim idealımdır. Bu hərəkəti onda qıcıq yaratmaq üçün etmədim. Kriştianu mənim üçün hər şeydir. Futbola ona baxaraq aşiq oldum. Ronaldonu izlədiyim üçün “Mançester Yunayted”ə azarkeşlik etdim. Mən həmişə onun kimi olmaq istədim”.