20 Aprel 2025
Portuqaliya Prezidenti universitetdə tədbir zamanı yıxılıb

Portuqaliya Prezidenti universitetdə tədbir zamanı yıxılıb

Portuqaliya Prezidenti universitetdə tədbir zamanı yıxılıb

05 İyul 2023 21:11 | Baxış sayı: 558

Portuqaliya Prezidenti Marselo Rebelo de Sousa Kosta-de-Kaparikadakı Nova Lisboa Universitetinə səfəri zamanı yıxılıb və xəstəxanaya yerləşdirilib.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, 74 yaşlı portuqaliyalı lider Elm və Texnologiya fakültəsini ziyarət etdikdən sonra səhhəti pisləşdiyi üçün huşunu itirib.

De Souzanın əvvəllər də səhhətində problemlər olub. 2018-ci ildə o, Braqaya səfəri zamanı huşunu itirib, 2017 və 2021-ci illərdə əməliyyat keçirib.