SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlPolkovnik Ramaldanova AĞIR İTKİ - FOTO
19 Aprel 2023 08:12 | Baxış sayı: 526
Hərbi ekspert, polkovnik Şair Ramaldanova ağır itki üz verib.
AJMEDİA.İNFO xəbər verir ki, Şair Ramaldanovun anası Nuriyyət Ramaldanova bu gün səhər dünyasını dəyişib.
Məlumatı hərbi ekspert Üzeyir Cəfərov ictimailəşdirib. O bildirib ki, dəfn mərasimi bu gün saat 12-də Xaçmaz rayonunda - Xudatda olacaq. 3 mərasimi isə aprelin 21-də Xudatda keçiriləcək.
Mərhum Nuriyyət Ramaldanovanın Şair Ramaldanovla yanaşı, daha iki oğlu hərbçi zabitdir - Elman və İlham Ramaldanovlar.
Mərhumun nəvəsi polkovnik-leytenant Babək Ramaldanov isə 44 günlük Vətən müharibəsində şəhid olub.
Allah rəhmət eləsin.