20 Aprel 2025
Polisdən ƏMƏLİYYAT - 52 şəxs TUTULDU

Polisdən ƏMƏLİYYAT - 52 şəxs TUTULDU

Polisdən ƏMƏLİYYAT - 52 şəxs TUTULDU

16 Yanvar 2025 12:46 | Baxış sayı: 384

Yanvarın 15-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 92 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.