SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlPolis əməliyyat keçirdi - SAXLANILANLAR VAR
13 Mart 2025 12:39 | Baxış sayı: 286
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
AJMEDİA.İNFO xəbər verir ki, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb. Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli tramadol və preqabalin həbləri aşkarlanıb.
Paytaxtın Sabunçu rayonu ərazisində isə narkotiklərin satışını təşkil edən 5 nəfər - R.Həsənov, Ə.Əskərov, S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar.
Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.