20 Aprel 2025
Polis bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Polis bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

Polis bayram günləri ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

19 Mart 2025 14:48 | Baxış sayı: 347

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.


Bu barədə AJMEDİA.İNFO-ya idarədən məlumat verilib.


Müraciətdə yollarda hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, sürücülərə sürət həddinə əməl etməyin, ötmə və manevretmə qaydalarına riayət etməyin, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyin, həmçinin sərnişinlərin təhlükəsizliyini tam təmin etməyin vacibliyi bir daha xatırladılıb.


Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri və bütün yol hərəkəti iştirakçılarını diqqətli olmağa, qaydalara ciddi riayət etməyə və bayram sevincini təhlükəyə atmamağa çağırır.