SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlPlastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirməlidir? – DİN-dən AÇIQLAMA
14 Noyabr 2024 14:55 | Baxış sayı: 223
Plastik əməliyyat, göz rənginin dəyişdirilməsi və digər estetik prosedurlar zamanı insanların xarici görünüşündə əhəmiyyətli dərəcədə dəyişiklik baş verir. Daha radikal və əhatəli əməliyyatlar zamanı isə demək olar ki, insanın əvvəlki görkəmindən əsər-əlamət qalmır. Üz cizgilərində və ya göz rəngində əməliyyat edən şəxslərin şəxsiyyət vəsiqəsində dəyişiklik üçün əsasa hesab edilib-edilməməsi bir çoxunda sual doğurur.
Estetik əməliyyatlar şəxsiyyət vəsiqəsində dəyişiklik zərurəti yaradırmı? Belə hallarda estetik əməliyyat olunmuş şəxs şəxsiyyət vəsiqəsini dəyişdirməlidirmi?
AJMEDİA.İNFO-nun məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, biometrik şəxsiyyət vəsiqəsinin göstəricilərinə əsasən, şəxsin üz quruluşunun və yaxud göz rənginin dəyişdirilməsi onun kimliyini müəyyən etməkdə maneə yaratmır.