İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlPirotexniki vasitələrə görə daha 11 nəfər SAXLANILDI
30 Dekabr 2024 16:16 | Baxış sayı: 436
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.