SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlPezeşkian Haniyənin ölümü ilə bağlı XƏBƏRDARLIQ EDİB
31 İyul 2024 08:53 | Baxış sayı: 485
İranın prezidenti Məsud Pezeşkian HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı xəbərdarlıq edib.
AJMEDİA.İNFO xəbər verir ki, o, bununla bağlı sosial mediada paylaşım edib.
İran prezidenti bildirib ki, Tehran terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək:
"İran İslam Respublikası öz ərazi bütövlüyünü, şərəfini qoruyacaq və terrorçu işğalçıları qorxaq əməllərinə görə peşman edəcək".
Pezeşkian “X” hesabında Haniyə ilə dünənki görüşünün şəklini də paylaşıb.