SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlPeskov Zelenskinin danışıq təklifini qəbul etdi: “Razıyıq, amma şərtimiz var”
01 İyul 2024 09:54 | Baxış sayı: 361
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin danışıqlar təşəbbüsünü dəyərləndirib.
AJMEDİA.İNFO Rusiya mediasına istinadla xəbər verir ki, o, Moskvanın istənilən dialoqa hazır olduğunu bəyan edib:
“Moskva istənilən ünsiyyət və dialoqa hazırdır, ancaq bir şərtlə ki, o, Rusiyanın qarşıya qoyduğu məqsədlərə nail olmağa kömək etsin”.
Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Putinlə danışıqların mümkünlüyündən söz açıb. Onun sözlərinə görə, əsas məqsəd Ukraynanın məhv edilməsinin qarşısını almaq, ukraynalıların indiki və gələcək nəsillərinin təhlükəsizliyini təmin etməkdir.(KONKRET.az)