SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlPeskov: Ankaradan açıqlama gözləyirik!
10 İyul 2023 13:52 | Baxış sayı: 642
“Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtması qaz qovşağının tikintisinə təsir etməyəcək.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva Ankaradan açıqlama gözləyir:
“Biz Türkiyə ilə əlaqələrimizi davam etdirmək niyyətindəyik. Bu əlaqələr həqiqətən çoxyönlüdür. Qaz qovşağı layihəsi bir çox ölkələrin, o cümlədən Avropa ölkələrinin maraqlarına toxunur. Biz qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığı davam etdirəcəyik. Dialoqumuz zamanı Türkiyə tərəfdən baş verənlərlə bağlı açıqlamalar alacağımızı gözləyirik və bundan sonrakı razılaşmalarda bunu nəzərə alacağıq”. axar.az