20 Aprel 2025
Pərviz Bülbülənin adından saxtakarlıq etdilər: "Siyasi mövzulara qarışmıram..." - VİDEO

Pərviz Bülbülənin adından saxtakarlıq etdilər: "Siyasi mövzulara qarışmıram..." - VİDEO

Pərviz Bülbülənin adından saxtakarlıq etdilər: "Siyasi mövzulara qarışmıram..." - VİDEO

19 Dekabr 2023 12:44 | Baxış sayı: 518

Meyxanaçı Pərviz Bülbülənin adından saxtakarlığa yol verilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə meyxanaçı özü "Instagram" səhifəsində məlumat verib.


O qeyd edib ki, "Facebook" sosial şəbəkəsində adına saxta səhifələr açılaraq siyasi mövzularda təbliğat aparılır.

"Mənim "Facebook" sosial şəbəkəsində səhifəm yoxdur. Orda adıma saxta hesablar açılaraq, siyasi mövzularda statuslar yazırlar. O mən deyiləm, orada yazılanlara inanmayın, hamısı saxtakar adamlardır. Bunu bilin! Mən siyasi mövzulara qarışmıram. "Facebook" istifadəçisi də deyiləm".