20 Aprel 2025
Pərviz Bülbülə kriminal aləmlə bağlı MEYXANA DEMƏYƏCƏK - Səbəbi ÖZÜ AÇIQLADI + FOTO

Pərviz Bülbülə kriminal aləmlə bağlı MEYXANA DEMƏYƏCƏK - Səbəbi ÖZÜ AÇIQLADI + FOTO

Pərviz Bülbülə kriminal aləmlə bağlı MEYXANA DEMƏYƏCƏK - Səbəbi ÖZÜ AÇIQLADI + FOTO

05 May 2023 06:21 | Baxış sayı: 504

Meyxanaçı Pərviz Bülbülə (Pərviz Məmmədov) sosial şəbəkədə məslislərdə ondan ifa sifariş edən pərəstişkarlarına müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, o, kriminal aləm və cinayətkarlıqla bağlı ifalarının məclislərdə ondan sifariş olunmamasını xahiş edib:

"İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlıq və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil. Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm".