SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlPentaqon xidmətdən uzaqlaşdırılan hərbçiləri geri qaytarır
09 Aprel 2025 11:04 | Baxış sayı: 336
ABŞ Müdafiə Nazirliyi COVID-19 peyvəndindən imtina etdiklərinə görə xidmətdən uzaqlaşdırılan hərbçilərdən rəsmi şəkildə üzr istəyib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin kadrlar və döyüş hazırlığı üzrə müvəqqəti nazir müavini Tim Dill məlumat verib.
Onun sözlərinə görə, həmin hərbçilərə poçt vasitəsilə üzrxahlıq məktubları göndərilib.
Məktublarda onların xidmətə geri qayıtmaq imkanları ilə bağlı təlimatlar da yer alıb.
Bayden administrasiyası dövründə məcburi peyvəndləmə siyasətinə görə 8700-dən çox hərbçi ordudan kənarlaşdırılıb.
Onlardan bəziləri məhkəmə yolu ilə qərarı ləğv etdirməyə cəhd etsələr də nəticə əldə edə bilməyiblər.
Xatırladaq ki, 5 aprel tarixində yayılan məlumatlara əsasən, ABŞ ordusu büdcə çatışmazlığı səbəbilə 90 min hərbi qulluqçunun ixtisarını da nəzərdən keçirir.