SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlPentaqon Ukraynanın əks-hücum əməliyyatı üçün təlim keçmiş əsgərlərin sayını açıqlayıb
16 İyun 2023 01:05 | Baxış sayı: 610
Qərb ölkələri əks hücumda iştirak etmək üçün təxminən 60 min Ukrayna əsgəri hazırlayıb.
Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli məlumat verib. O, Kiyevə silah və hərbi texnika tədarükünü koordinasiya edən qrupun növbəti iclasının nəticələrinə yekun vurub.
"Ümumiyyətlə, beynəlxalq səylər nəticəsində 60 minə yaxın Ukrayna əsgəri hazırkı hücum əməliyyatı üçün hazırlanıb", - deyə amerikalı general bildirib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl elan edilmiş əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.