20 Aprel 2025
Pentaqon Rusiyanın “Kinjal” hipersəs raketinin “Patriot” vasitəsilə zərərsizləşdirildiyini təsdiqləyib

09 May 2023 23:45 | Baxış sayı: 572

Ukrayna hərbçiləri Rusiyanın “Kinjal” hipersəs raketini “Patriot” zenit-raket kompleksinin köməyi ilə vura bilib.

Bu barədə Pentaqonun spikeri general Patrik Rayder brifinqdə təsdiqləyib.

“Ukraynanın hazırlığına, inventarına və ya raketin ələ keçirilməsinə gəldikdə, mən onların “Patriot” raketdən müdafiə sistemindən istifadə edərək Rusiya raketini (“Kinjal” - red.) vurduğunu təsdiq edə bilərəm”, - Rayder Ukrayna SQ-nin Hava Qüvvələrinin müvafiq məlumatını şərh edərkən deyib.

Xatırladaq ki, mayın 5-də Ukrayna hərbçilərinin Rusiyanın “Kinjal” hipersəs raketini zərərsizləşdirməsinə dair məlumat yayılmışdı.