SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlPentaqon rəhbəri israilli həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə edib
23 Avqust 2024 14:40 | Baxış sayı: 321
ABŞ və İsrailin müdafiə nazirləri Lloyd Ostin və Yoav Qallant arasında telefon danışığı zamanı bölgədə vəziyyət geniş müzakirə olunub.
APA-nın “The Times of Israel”ə istinadən məumatına görə, bu barədə İsrailin Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflərin diqqət mərkəzində regional vəziyyət, eləcə də hər iki ölkənin hərbi strukturları arasında operativ informasiya mübadiləsi yolları nəzərdən keçirilib.
Söhbət zamanı həmkarlar Qəzzada HAMAS tərəfindən saxlanılan girovların azadlığa buraxılması məsələsinə də toxunublar.
Y. Qallant həmkarını münaqişə ətrafında mövcud vəziyyətdən agah edib. O bildirib ki, ölkəsi regionda münaqişəyə son qoyacaq yekun razılaşmanın əldə olunmasında maraqlıdır.