İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlPentaqon İsrailə yardım sözü verdi
08 Oktyabr 2023 07:31 | Baxış sayı: 631
İsrailin özünümüdafiə haqqı var və ABŞ-ın bu məsələdə mövqeyi dəyişməz qalır.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda nazir Lloyd Ostinin İsraildəki hadisələri yaxından izlədiyi və ölkəyə yardım vəd etdiyi bildirilib:
“Yaxın vaxtlarda Müdafiə Nazirliyi İsraili özünümüdafiə və vətəndaşların zorakılıq və terrorizmdən qorunması üçün lazım olan hər şeylə təmin etmək üçün tədbirlər görəcək”.//Axar.az