SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlPentaqon: "İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”
24 Mart 2023 16:54 | Baxış sayı: 1430
“Biz İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”.
Bunu Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) Baş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.
O bildirib ki, İran bunu etmək qərarına gəlsə, bir neçə ay ərzində nüvə silahı hazırlamağa qadirdir: “Lakin biz buna icazə verməyəcəyik”.
Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu deyib ki, İrana nüvə silahı əldə etməyə icazə verilərsə, dünya nüvə müharibəsi təhlükəsi ilə üzləşəcək.