SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlPentaqon "ChatGPT"ni dezinformasiya üçün ideal alət adlandırıb
05 May 2023 04:28 | Baxış sayı: 587
Pentaqonun rəqəmsal texnologiya və süni intellekt (Sİ) direktoru Kreyq Martell "ChatGPT" çat-botunu "dezinformasiya yaymaq üçün ideal alət" adlandırıb.
Bu barədə "Breaking Defense" nəşri xəbər verib.
O, "ChatGPT" kimi generativ süni intellekt sistemlərinin inkişafından qorxduğunu etiraf etdi.
Mütəxəssis qeyd edib ki, onun "ChatGPT" ilə bağlı ən böyük narahatlığı botun öz fikirlərini sərbəst ifadə etməsi ilə bağlıdır. Nəticədə, K.Martellin fikrincə, istifadəçilərdə bu sistemin nüfuzlu olduğu təəssüratı yarana bilər: "Bu o deməkdir ki, o, dezinformasiya yaymaq üçün ideal alətdir".