20 Aprel 2025
Pentaqon ABŞ və Çexiya müdafiə sazişinin imzalandığını açıqlayıb

Pentaqon ABŞ və Çexiya müdafiə sazişinin imzalandığını açıqlayıb

Pentaqon ABŞ və Çexiya müdafiə sazişinin imzalandığını açıqlayıb

24 May 2023 02:06 | Baxış sayı: 567

ABŞ və Çexiya arasında Vaşinqtonda Müdafiə Əməkdaşlıq Sazişi (DCA) imzalanıb.

Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bəyanat yayıb.

    "ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Çexiyanın müdafiə naziri Jana Çernoxova ilə görüşüb. Liderlər ikitərəfli əlaqələri müzakirə ediblər və müdafiə sahəsində əlaqələrimizi, NATO əməliyyatlarını gücləndirmək, transatlantik təhlükəsizliyi inkişaf etdirmək, ümumi maraqlarımızı qorumaq və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar”, - sənəddə deyilir.

    Çernoxova Çex Televiziyasına bildirib ki, bu müqavilə Çexiya ərazisində Amerika əsgərlərinin yerləşdirilməsi və ya hərbi bazanın yaradılması ilə bağlı razılaşma deyil.