SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlPensiyalar, sosial müavinətlər və veteran pulları BU TARİXDƏ ÖDƏNİLƏCƏK – RƏSMİ
25 Dekabr 2023 13:19 | Baxış sayı: 545
Pensiyalar, sosial müavinətlər, təqaüdlər və veteran pulları ilin sonuna 5 gün qalmasına baxmayaraq hələ də ödənilməyib.
AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Manset.az-a açıqlamasında bildirib ki, sosial ödənişlər qrafikə uyğun şəkildə ay bitmədən həyata keçiriləcək:
“Ümumiyyətlə, sosial ödənişlərin həyata keçirilməsi qrafikə uyğun şəkildə həyata keçirilir. Qrafikə uyğun olaraq bu ayın sonuna qədər, yəni qarşıda olan 5 gün ərzində sosial ödənişlər - ünvanlı sosial yardım, müavinətlər, təqaüd və kompensasiyaların ödənişi həyata keçiriləcək”.