SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlPensiya, sosial yardım və müavinət alanlara şad xəbər
30 İyul 2024 07:14 | Baxış sayı: 425
Ölkəmizdə fəaliyyət göstərən 230-dan çox şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan sosial ödəniş alan şəxslərə “Sosial tərəfdaş” layihəsi çərçivəsində 30 %-ə qədər endirim təklif edir. Bu kateqoriyadan olan şəxslər bu günədək tərəfdaş şirkətlərin təqdim etdiyi endirimlərdən faydalanaraq, nağdsız şəkildə 520 mindən çox alış-veriş həyata keçiriblər.
Sosial ödəniş alan şəxslərə dəstək məqsədi daşıyan layihə hazırda uğurla icra olunur. Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar layihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, mağaza, klinika, aptek və restoranların xidmətlərindən istifadə və alış-veriş zamanı sosial ödəniş kartları ilə nağdsız qaydada ödəniş etdikdə onlara çoxsaylı endirimlər tətbiq olunur. Bu endirimləri təklif edən şirkətlərin siyahısı ilə tanış olmaq üçün dsmf.gov.az saytına daxil olub sosial tərəfdaş bölməsinə keçid edə bilərsiniz.
https://dsmf.gov.az/az/sosial-terefdas
Pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardım alan şəxslər üçün endirimlər təklif edən şirkətlər arasında tibb müəssisələri, apteklər, mağazalar və restoranlar yer alır.
Partnyor şirkətlər ölkəmizin hər yerində fəaliyyət göstərir. İstənilən sosial ödəniş alan şəxs sosial ödəniş kartı ilə ödəniş etdikdə bu xidmət sahələrində təklif olunan endirimlərdən faydalana bilər.
Məişət texnikası və elektrotexnika məhsullarının satışını həyata keçirən Baku Electronics mağazası da layihənin partnyorları sırasına qoşulub.