20 Aprel 2025
Pekində Makronu müşayiət edən Lyayenə etinasız yanaşılıb

Pekində Makronu müşayiət edən Lyayenə etinasız yanaşılıb

Pekində Makronu müşayiət edən Lyayenə etinasız yanaşılıb

09 Aprel 2023 10:32 | Baxış sayı: 549

Çin hakimiyyəti tərəfindən Fransa prezidenti Emmanuel Makronu Pekinə səfəri zamanı müşayiət edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə faktiki olaraq etinasız yanaşılıb.

Bunu Avropa Parlamentinin keçmiş deputatı və “Patriotlar” hərəkatının lideri Florian Filippo tvitterdə yazıb.

“Sıfır qəbul, tam etinasızlıq, hətta ölkəni müntəzəm uçuşla tərk etməli oldu! O qəzəbləndi! heyrətamiz”, - Florian Filippo sosial şəbəkədə qeyd edib.

Daha əvvəl “Politico” qəzeti yazıb ki, Makron və fon der Leyen Çinə səfəri zamanı Avropa İttifaqının birliyini nümayiş etdirə bilməyiblər. Nəşrin müəllifi qeyd edib ki, Fransa prezidenti paradlarda və banketlərdə iştirak edib, AK rəhbəri isə əsasən tək olub.