20 Aprel 2025
Payız fəsli Azərbaycana bu vaxt DAXİL OLACAQ

Payız fəsli Azərbaycana bu vaxt DAXİL OLACAQ

Payız fəsli Azərbaycana bu vaxt DAXİL OLACAQ

18 Sentyabr 2024 11:00 | Baxış sayı: 339

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.


Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AJMEDİA.İNFO-ya verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.


Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.


Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.