05 Fevral 2025
Paşinyandan ETİRAF: "Azərbaycanla danışıqlarda səhv etdim"

Paşinyandan ETİRAF: "Azərbaycanla danışıqlarda səhv etdim"

Paşinyandan ETİRAF: "Azərbaycanla danışıqlarda səhv etdim"

23 Dekabr 2024 17:26 | Baxış sayı: 257

1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi yalnız Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması haqqında olub və danışıqlar prosesində başqa heç bir məzmun olmayıb.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan Respublikasında danışıqların başqa mövzularla bağlı olduğu barədə yayılan məlumatlar daxili auditoriyaya yönəlib:

“Bu kontekstdə mən böyük bir səhvə yol verdim: 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd olunanları özümə etiraf etmədim (Sizə məlum olan vətənpərvərliyim bunu etməyə imkan vermədi) və buna görə də həmin məsələləri xalq üçün aydınlaşdırmadım”.