İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlPaşinyan Qərbin planlarını reallaşdırır
19 İyun 2023 14:06 | Baxış sayı: 588
“Nikol Paşinyan və ona yaxın dairələr aqressiv şəkildə antirusiya təbliğatı aparır, bu istiqamətdə müvafiq addımlar atır. Hədəf “Bolton planın”ın reallaşdırılması və Ermənistanı anti-Rusiya və anti-İran meydançasına çevirməkdir”.
Bu iddia ilə Ermənistanın “Yerkramas” nəşri çıxış edib.
Nəşrin iddiasına görə, Ermənistanın baş naziri Nikol Paşinyan Qərb və Türkiyənin planlarını reallaşdırmağa çalışır.
“Bu plan da Qarabağdan sülhməramlıların çıxarılması və Gümrüdəki Rusiya hərbi bazasının qapadılmasıdır. Bu, sonda Sünikin (Zəngəzur) əldən çıxmasına gətirib çıxaracaq”, - deyə xəbərdə bildirilir. Erməni nəşri əlavə edir ki, Paşinyanın planı Sünikin süqutuna hesablanıb", - deyə nəşr yazır.