İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəl"Paşinyan onlar tərəfindən öldürüləcək" - ŞOK İDDİA
16 May 2024 13:09 | Baxış sayı: 523
Nikol Paşinyan hakimiyyətdə qalsa da, getsə də, KQB (Rusiya Federal Təhlükəsizlik Xidməti – red.) onu öldürəcək.
AJMEDİA.İNFO Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın “Tseqakron” partiyasının rəhbəri Şant Arutyunyan çıxış edib.
Ş.Arutyunyan baş nazirin Rusiyaya son səfərinə diqqət çəkib:
“Nikol Moskvaya getdi. Putin dedi, sən qanuni şəkildə seçilmiş lidersən, get, nə istəyirsən et. Əslində, Paşinyan hələ 2021-ci ildə vəzifədən gedəcəkdi. Lakin ABŞ və Fransa buna mane oldular. Ümumiyyətlə, son mərhələ onun öldürülməsidir. KQB Nikol Paşinyanı öldürəcək. Onun hakimiyyətdə qalması, yaxud uzaqlaşdırılmasının fərqi yoxdur. Bu, baş verəcək”.