20 Aprel 2025
“Paşinyan hakimiyyəti əldə saxlamaq üçün bir neçə oyunlar aparmağa məcburdur” - Rüfət Quliyev

“Paşinyan hakimiyyəti əldə saxlamaq üçün bir neçə oyunlar aparmağa məcburdur” - Rüfət Quliyev

“Paşinyan hakimiyyəti əldə saxlamaq üçün bir neçə oyunlar aparmağa məcburdur” - Rüfət Quliyev

01 May 2023 15:37 | Baxış sayı: 305

Azərbaycan sərhəd-buraxılış məntəqəsini öz ərazisində yaradıb. Bu haqqımızdır. Cənab Prezidentin realistik və çoxşaxəli siyasətinin nəticəsidir. Bunu məcburiyyət qarşısında etmişik. Ermənistan üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir. Beynəlxalq qanunlara və məntiqə zidd heç bir əməl etməmişik. Bu məsələ artıq bitib. Azərbaycan siyasi iradəsini göstərdi. Cənab prezident üzərinə götürdüyü vədləri yerinə yetirdi.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.


Millət vəkili bildirib ki, Vaşinqtonun Azərbaycanda xüsusi iqtisadi maraqları var.

“Aldığım məlumata görə, ABŞ-da 600 minə yaxın erməni yaşayır. Orada kifayət qədər varlı erməni var. Növbəti ildə ABŞ-da seçkilər olacaq. İş formalaşma mərhələsindədir. Amerikada erməni lobbisi kifayət qədər geniş vüsət alıb. Onların mediası var. Təbliğat güclü gedir. Əsas maraq budur. Özümüzü aldatmayaq ki, ABŞ-ın maraqları yanlız bizə xidmət edir. Vaşinqtonun Azərbaycanda xüsusi iqtisadi maraqları var. Azərbaycanın enerji siyasətinin Avropaya yayılması, qazlaşma işlərinin genişlənməsi buna maraq yaradır. Hesab edirəm ki, məsələ həll olunub”.

R.Quliyev hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyəti əldə saxlamaq üçün bir neçə oyunlar aparmağa məcburdur.

“Qarabağ erməniləri Azərbaycanın şərtləri ilə razılaşırlar. Mətbuatda hər şey aydın görsənir. Onlar başa düşürlər ki, başqa yolları yoxdur. Biz onlara heç bir mane törətmirik. Sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Ermənistan rəhbərliyinin heç bir reaksiyası olmadı. Sonda təbii ki müəyyən narazılıqlar var. Nikol Paşinyan hakimiyyəti əldə saxlamaq üçün bir neçə oyun aparmağa məcburdur. Cənab Prezidentin beynəlxalq siyasəti ele mərhələdədir ki, Avropanın marağı günü-gündən artır. Ermənistan bu gün şahmatdakı mat rolundadır. Olayların gedişatı onu göstərir ki, İrəvanın necə addım atacağı qeyri-müəyyəndir”.

R.Quliyev qeyd edib ki, Qarabağ erməniləri ilə bağlı məsələlər tədricən həllini tapacaq.

“Bu məsələdə vasitəçilik etmək istəyənlər başa düşdü ki, Azərbaycan üzərinə götürdüyü bütün vədləri yerinə yetirir. Biz siyasətimizi zərgərlik-dəqiqliklə yürüdürük. Cənab Prezident bütün məsələlərdə Azərbaycanın milli maraqlarını müdafiə etmək üçün çalışır. Qarabağ erməniləri ilə bağlı məsələlər tədricən həllini tapacaq. Bakı onsuz da bəyan edib ki, Qarabağda yaşamaq istəyən orada yaşaya bilər. Ancaq Azərbaycan qanunları çərçivəsində. İstəməyənlərə isə yol açıqdır”,-deyə deputat qeyd edib.

.

.

Fərahim Rəhimov