SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəlParklanmaya görə yeni QİYMƏTLƏR - CƏDVƏL
25 İyul 2023 07:45 | Baxış sayı: 665
Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərarı bu gündən qüvvəyə minib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov iyunun 25-də qərar imzalayıb.
Qeyd edək ki, qərar dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinə şamil edilir.
“Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.