SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlParkın işıqlarını vətəndaşın sayğacına qoşdular - VİDEO
12 Avqust 2024 08:36 | Baxış sayı: 482
Xırdalan sakininin başına iş gəlib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi iddia edir ki, Xırdalanda icra tərəfindən salınan parkın işıqlandırılması 27-ci məhəllə ev 1B mənzil 45 ünvanının sayğacına qoşulub.
Nəticədə də ev sahibi 5 ay ərzində işıqpuluna qat-qat artıq pul ödəməli olub:
"Mən adi vaxtlarda ay ərzində işığa 10 manat pul ödəyirdim, lakin son 5 aydır ki işıq kartımızda pul tez-tez bitirdi. Vəziyyətdən şübhələnsəm də ağlıma heç nə gəlmirdi. Demək olar hər ay 60-70 manat işıqpulu ödəyirdim. Nəhayət bu gün “Azərişıq”a müraciət etdikdən sonra sayğaca baxış keçirildi, məlum oldu ki, yaxınlıqdakı parkın işıqlandırması mənim mənzilimin sayğacına qoşulubmuş. Belə çıxır ki, 5 aydır parkın işıqpulunu mən ödəyirmişəm".
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.