20 Aprel 2025
Parkda 2 nəfər güllələnərək öldürülüb, 4 nəfər yaralanıb

Parkda 2 nəfər güllələnərək öldürülüb, 4 nəfər yaralanıb

Parkda 2 nəfər güllələnərək öldürülüb, 4 nəfər yaralanıb

16 Aprel 2023 16:18 | Baxış sayı: 523

ABŞ-nin Kentukki ştatının ən böyük şəhəri olan Luisvildə açılan atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə yerli hüquq-mühafizə orqanlarına istinadən ABC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, polisə Çikaso parkında atəşlə bağlı məlumat daxil olub.

Hadisə yerinə gələn təcili yardım xidmətləri iki nəfərin öldüyünü müəyyən edib, daha dörd nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.