SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlParisin Bakıya qarşı artan qərəzi
21 İyun 2023 05:23 | Baxış sayı: 547
Fransa açıq formada Ermənistanın destruktiv fəaliyyətini dəstəkləyir. Bunu son bir neçə gündə Fransa rəsmilərinin səsləndirdiyi bəyanatlar da təsdiq edir. Belə ki, bu ölkənin xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində “Ermənistanla Azərbaycan arasında münasibətlər və Dağlıq Qarabağdakı vəziyyət və Laçın dəhlizi” mövzusunda müzakirələr zamanı deyib ki, biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq: “Laçın dəhlizinin blokadası qanunsuzdur və bununla bağlı Beynəlxalq Məhkəmə belə bir hökm çıxarıb. Heç bir ölkə Ermənistanın ədalətli sülh əldə etməsi üçün Fransa qədər səy göstərmir. Biz qonşusu (Azərbaycan) ilə ədalətli sülh əldə etmək üçün Ermənistanın yanındayıq. Heç bir ölkə iki ölkəyə bu məsələdə bizim qədər dəstək vermir. Biz ədalətli sülhə nail olmaq üçün Ermənistanın yanındayıq, bunu prezident Emmanuel Makronun göstərdiyi səylər sübut edir”.
Gərginliyin azaldılması vasitəsi kimi Kolonna Ermənistanda fəaliyyət göstərən Aİ missiyasını qeyd edib ki, bu missiya əsasən Fransanın səyləri ilə yaradılıb və “deskalasiya üçün çox əlverişlidir”.
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş vermiş təxribatlarla əlaqədar bəyanat bölgədəki mövcud vəziyyəti təhrif edir və qərəzlidir.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa tərəfinə xatırlatmaq istərdik ki, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq təsis etdiyi Laçın dövlət sərhədinin buraxılış məntəqəsindən hər iki istiqamətə yüzlərlə erməni sakininin tənzimlənən şəkildə, sərbəst və təhlükəsiz hərəkətini təmin edib. Bu səylərə baxmayaraq, 15 iyun tarixində məhz Ermənistan tərəfindən sərhəd keçid məntəqəsinin atəşə tutulması nəticəsində sərhədçimiz yaralanıb. Hazırda sərhəddən keçid üzrə təhlükəsizlik və istintaq tədbirləri həyata keçirilir.
“Ermənistan tərəfindən Laçında qeyd edilən təxribata və digər istiqamətlərdə ərazilərimizin atəşə tutulmasına baxmayaraq, Fransa tərəfinin məsələyə birtərəfli yanaşması təəssüf doğurur”, - deyə bəyanatda bildirilir. Bu arada məlum olub ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun dəvəti ilə Ermənistanın müdafiə naziri Suren Papikyan iyunun 19-da “Le Burje” aviasiya sərgisində iştirak edib.
Aprel ayında fransalı nazir Katrin Kolonnanın Bakı səfəri rəsmi Parisin ermənipərəst siyasətində korrektələr aparacağı ümidi yaratmışdı. Amma göründüyü kimi, Makron hökuməti klassik ermənipərəst siyasətindən əl çəkməyib. Yəni Paris yenə də Azərbaycanla bağlı qərəzini davam etdirir. Bəs Fransaya necə dərs verməli, bəyanatlardan nəticə çıxarılmırsa, diplomatik cəbhədə nələr etmək olar?
musavat.com