20 Aprel 2025
Parisi kütləvi iğtişaşlar bürüyüb

Parisi kütləvi iğtişaşlar bürüyüb

Parisi kütləvi iğtişaşlar bürüyüb

28 İyun 2023 03:07 | Baxış sayı: 636

Fransanın paytaxtı Parisi kütləvi iğtişaşlar bürüyüb.

İyunun 27-də polisin Nanterredə onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı oğlanı güllələdikdən sonra sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz çağırışları səslənməyə başlayıb.

Nanterredə narazı insanlar reklam stendlərini məhv edərək avtobus dayanacaqlarını dağıdıblar. Etirazçılar zibil qutularını və tikinti materiallarını yandırıblar.

Polis gözyaşardıcı qazla onları dağıtmağa çalışıb.

Şəhər prefekturasından verilən məlumata görə, etirazçılardan 9 nəfər həbs edilib.

İğtişaşlar Parisin digər şəhərətrafı ərazilərinə də yayılıb.