İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlParisdə partlayış nəticəsində xəsarət alanların sayı 37-yə çatıb
21 İyun 2023 23:03 | Baxış sayı: 533
Fransanın paytaxtı Parisin 5-ci rayonunda Sen-Jak küçəsindəki evdə baş verən partlayış nəticəsində yaralananların sayı 37 nəfərə çatıb.
Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen brifinqdə deyib.
Onun sözlərinə görə, yaralılardan 4-nün vəziyyəti pisləşib.
Hazırda xilasedicilər dağıntılar altında qalan iki nəfərin axtarışı ilə məşğuldur.
Qeyd edək ki, partlayış iyunun 21-də "Paris Amerika Akademiyası" dizayn məktəbinin yerləşdiyi Sen-Jak küçəsindəki evdə baş verib.
Paris prokurorluğu bəyan edib ki, insidentin səbəbi təhlükəsizlik qaydalarının pozulmasıdır.