İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
5 saat əvvəlParis-2024: Azərbaycan avarçəkəni 4-cü yeri tutub
30 İyul 2024 08:09 | Baxış sayı: 419
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
"Report"un turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.
Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko ilk "3-lüy"ə düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.
O, altı idmançı arasında dördüncü yeri tutub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.