Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Papanın ölüm səbəbi məlum oldu
22 Aprel 2025 08:26 | Baxış sayı: 371
Papa Fransiskin ölüm səbəbi məlum olub.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə papanın ölümü ilə bağlı rəsmi tibbi rəydə deyilib.
Bildirilib ki, 88 yaşlı pontifik insult keçirərək komaya düşüb və bu ürək dayanmasına səbəb olub.
Qeyd edək ki, bu ilin fevral ayında Fransisk ikiqat pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, həmçinin bronxospazmdan əziyyət çəkib. Mart ayında onun vəziyyəti yaxşılaşıb. Həkimlər Papanın vəziyyətinin ağır olduğunu nəzərə alaraq, bunu möcüzə adlandırıblar. Lakin xəstəlik nəticəsində o, nitq qabiliyyətini itirib.
Xatırladaq ki, Fransisk 13 mart 2013-cü ildə Roma Papası seçilib. O, həmçinin ilk Latın Amerikası Papası və Yezuit Ordeninin nümayəndəsi olub.