20 Aprel 2025
Pakistan XİN rəhbəri: "Soyuq müharibənin təkrarlanmasını istəmirik"

Pakistan XİN rəhbəri: "Soyuq müharibənin təkrarlanmasını istəmirik"

Pakistan XİN rəhbəri: "Soyuq müharibənin təkrarlanmasını istəmirik"

16 İyun 2023 23:03 | Baxış sayı: 506

Pakistan soyuq müharibənin təkrarlanmasını istəmir və bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurmağı hədəfləyir.

Bunu Pakistanın xarici işlər naziri Biləval Bhutto-Zərdari İslamabad Strateji Araşdırmalar İnstitutunun yaradılmasının 50 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"Hərbi ittifaqlar qurmaq dəhşətli nəticələrə səbəb ola bilər. Beynəlxalq münasibətlər qarşıdurma deyil, əməkdaşlıq əsasında olmalıdır", - nazir bildirib.

Zərdari qeyd edib ki, Pakistan bu kontekstdə bütün dövlətlərlə, o cümlədən Rusiya, Çin, ABŞ, Afrika ölkələri, Yaxın Şərq, Avropa və Cənub-Şərqi Asiya ilə yaxşı münasibətləri inkişaf etdirməyi hədəfləyir.