SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlÖtən il ölkədə rüşvətlə bağlı cəmi 30 cinayət qeydə alınıb – Rəsmi
18 Fevral 2025 18:21 | Baxış sayı: 851
Ötən ilin Azərbaycanda 33 min 379 cinayət qeydə alınıb.
AJMEDİA.İNFO açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, cinayətlərin sayı əvvəlki illə müqayisədə 9,3% azalıb.
Məlumat üçün bildirək ki, son bir ildə ən çox azalma rüşvətlə bağlı cinayətlərin sayında qeydə alınıb. Ötən il ölkədə rüşvətlə bağlı 30 cinayət qeydə alınıb və əvvəlki illə müayisədə 3,1 dəfə az olub. Ən çox artım isə əzab vermə cinayətlərində qeydə alınıb. 2024-cü ildə əzab vermə ilə bağlı 38 cinayət olub və bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olub.
Bunlardan başqa ötən il quldurluq 8,5% artaraq 77-yə, dələduzluq 24% artaraq 6 972-yə çatıb. Qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı cinayətlər isə 3,2% artaraq 3 539-a yüksəlib. Digər cinayətlərdə isə azalma qeydə alınıb.//yeniavaz.com