20 Aprel 2025
Ostin NATO liderlərinin Zelenskini ölkəsinin Alyansa qoşulacağına əmin etdiklərini bildirib

Ostin NATO liderlərinin Zelenskini ölkəsinin Alyansa qoşulacağına əmin etdiklərini bildirib

Ostin NATO liderlərinin Zelenskini ölkəsinin Alyansa qoşulacağına əmin etdiklərini bildirib

14 İyul 2023 01:15 | Baxış sayı: 653

Bütün NATO ölkələrinin liderləri Vilnüsdə keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə ölkəsinin bir gün alyansa qoşulacağına əmin ediblər.

Bu fikirlə ABŞ-nin müdafiə naziri Lloyd Ostin çıxış edib.

“31 ölkənin bir-birinin ardınca Ukraynanın NATO-ya qoşulacağına onu necə əmin etdiyini görmək çox gözəl idi”, - Pentaqon rəhbəri Vilnüsdə CNN telekanalına müsahibəsində bildirib.

Ostin Ukraynanın NATO-ya nə vaxt qəbul ediləcəyi ilə bağlı konkret müddətləri açıqlamayıb. Müharibənin sona çatması üçün yetərlidirmi sualına Ostin cavab verib ki, Kiyev əvvəlcə bir sıra islahatlar aparmalıdır.