20 Aprel 2025
Orkney adaları Böyük Britaniyadan ayrılmaq istəyir

Orkney adaları Böyük Britaniyadan ayrılmaq istəyir

Orkney adaları Böyük Britaniyadan ayrılmaq istəyir

03 İyul 2023 03:19 | Baxış sayı: 595

Şotlandiyanın Orkney adalarının səlahiyyətliləri arxipelaqın Böyük Britaniyadan ayrılaraq Norveçlə yenidən birləşmək imkanlarını nəzərdən keçirir.

Bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Yerli şuranın rəhbəri Ceyms Stokan bildirib ki, iyulun 4-də regional hakimiyyət orqanları alternativ idarəetmə formaları, o cümlədən tarixi əlaqələrin bərpası təklifini müzakirə edəcəklər.

Stokan qeyd edib ki, Orkney Şotlandiya və ya ümumi Britaniya büdcəsindən kifayət qədər maliyyə vəsaiti almır.

Bununla belə, ayrılma üçün referendum, eləcə də Edinburq və London hökumətləri ilə razılaşma tələb olunacaq.

1707-ci ildən İngiltərə ilə Şotlandiya arasında ittifaqın imzalanması və Böyük Britaniya dövlətinin yaranması ilə adalar Britaniya tacının hakimiyyəti altındadır.