İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlOrbanın mövqeyi zəifləyir
02 Yanvar 2025 10:27 | Baxış sayı: 500
Macarıstanın baş naziri Viktor Orbanın rəqibi, Hörmət və Azadlıq (Tisza) Partiyasına rəhbərlik edən müxalifət lideri Peter Magyar növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.
"Bloomberg" xəbər verir ki , o, bu barədə Yeni il çıxışında bildirib.
“Qoy yeni seçkilər keçirilsin ki, xalqa öz müqəddəratını həll etmək hüququ qaytarılsın”, - deyə müxalifətçi vurğulayıb.
Qeyd edək ki, Macarıstanda növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir. Magyar isə hakim partiyanın reytinqinin azalmasından istifadə edərək seçkilərin vaxtından əvvəl keçirilməsinə çalışır.//Publika.az