20 Aprel 2025
Onların da maaşı artırıldı - Fərman

Onların da maaşı artırıldı - Fərman

Onların da maaşı artırıldı - Fərman

27 Yanvar 2025 19:00 | Baxış sayı: 367

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Eyni zamanda DİN və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.